U-188191342-1

Gizlilik Siyasəti

ŞƏXSİ MƏLUMATLARIN QORUNMASI

Hörmətli müştəri, məlumatlarınızın gizliliyinin qorunması bizim üçün çox vacib amillərdən biridir.

Nəzərinizə çatdırırıq ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, elektron poçt ünvanı, telefon nömrəsi və ya bu kimi  şəxsi məlumatlar razılığınız olmadan digər üçüncü şəxsə və ya quruma ötürülmür. 

Şəxsi məlumat deyərkən müştərilərin Technomen MMC-nin xidmətlərindən istifadə zamanı şirkətə təqdim etdiyi bütün məlumatlar nəzərdə tutulur. Saytdan istifadə edərkən şəxsi məlumatlarınız(ad, soyad, telefon nömrəsi, e-mail, bank hesabı və) anonim olaraq qalır və bu məlumatların Technomen.az saytı tərəfindən məxfiliyi qorunur. Sizin ad, soyad və digər məlumatlarınızdan Technomen.az, hər hansı sifariş vaxtı istifadə edərək sifarişinizi sizə yönəldir. Eyni zamanda öz razılığınızla qeyd etdiyiniz nömrənizə və e-mail adresinizə yeniliklər haqqında məlumatlar göndərilə bilər. Məlumatlarınız bizim serverdə qalır və üçüncü şəxslərin sizin hesabınıza girişini məhdudlaşdırmaq məqsədilə bir çox alətlərdən istifadə edirik. (kodlaşdırma, parol, fiziki mühafizə və s.).

 Saytdan istifadə etməklə, əlaqə vasitələrinizi daxil etməklə və ya qeydiyyatdan keçməklə, siz bu “Gizlilik Siyasəti” və onun şərtləri ilə razılaşdığınızı təsdiqləmiş və “Fərdi məlumatlar haqqında” Qanunun 8.1-ci maddəsinə uyğun olaraq sizə aid olan fərdi məlumatların toplanmasına və işlənməsinə dair yazılı razılıq vermiş hesab edilirsiniz.

“Fərdi məlumatlar haqqında” Qanunun 11.1-ci maddəsinə uyğun olaraq sizdən aşağıdakı məlumatlar istənilə bilər
– Ad və soyad;
– E-mail;
– Mobil nömrə;
– Çatdırılma ünvanı;
– Bank kartının nömrəsi.